Ukrayna prinsipcə Alyansa üzvlük üçün müraciət edə bilər, lakin Kiyevin üzvlüyü hazırda ABŞ, Macarıstan, Slovakiya və bir neçə digər müttəfiqin etirazı səbəbindən real deyil.
Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O bildirib ki, bir neçə müttəfiq Ukraynanın NATO-ya daxil olmasını təsdiqləməyəcəklərini bildirib və buna görə də konsensusa gəlinə bilmir. Rutte Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətlərinin məzmunu ilə bağlı danışıqların davam etdiyini bildib.
Rutte Rusiyanın Ukraynaya növbəti dəfə hücum edəcəyi halda bunun qarşısının necə alınacağı barədə suala isə, “Putin bilməlidir ki, mümkün sülh müqaviləsindən sonra yenidən Ukraynaya hücum etməyə çalışsa, bunun dağıdıcı nəticələri olacaq”, - deyə bildirib.