ABŞ-nin Şimali Karolina ştatında təyyarə qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, "Cessna C550" tipli biznes təyyarəsi Steytsvill hava limanına enməyə cəhd edərkən yerə çırpılıb. Nəticədə təyyarədə partlayış baş verib. İddialara görə, hadisə zamanı təyyarədə avtoyürüşçü Biffl, onun həyat yoldaşı və uşaqları olublar.