Tanınmış iş adamı, SOCAR-ın İnvestisiya departamentinin keçmiş rəis müavini Adnan Əhmədzadənin yaxın vaxtlarda həbsdən azad edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Modern.az xəbər verir ki, məsələ ilə bağlı hazırda hüquqi və siyasi müstəvidə son qiymətləndirmələr aparılır.
A. Əhmədzadənin barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri yanvar ayında bitir.
Qeyd olunur ki, onun işi məhkəməyə getmədən, istintaq mərhələsində xətm oluna bilər.
Aparılan araşdırmaların yekun mərhələsində Adnan Əhmədzadə barəsində irəli sürülən ittihamların bir qisminin sübut bazasının zəiflədiyi, xüsusilə Azərbaycan əleyhinə mümkün sui-qəsd və təhlükəsizlik riskləri ilə bağlı ehtimalların öz təsdiqini tapmadığı qeyd olunur.
Həmçinin Ramiz Mehdiyev xətti ilə mümkün əlaqələrə iddiaların da ayrıca araşdırıldığı, onların da özünü doğrultmadığı bildirilir.
Xatırladaq ki, Adnan Əhmədzadə 20 sentyabrda saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. (Mənbə: Müsavat)