Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.
Modern.az xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib.
“Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.
Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib.
Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.