“Real Madrid” bir sıra futbolçuları klubdan göndərmək istəyir.
Metbuat.az xəbər verir ki, klub mövsümün sonun heyətdə əhəmiyyətli dəyişiklik edə bilər. “Defensa Central”da dərc edilən xəbərə görə, rəhbərlik əsas heyət üzvü hesab edilməyən 8 futbolçunu heyətdən göndərməyi nəzərdən keçirir. Həmin futbolçuların Rodriqo, Fran Qarsiya, Qonsalo, Ferlan Mendi, Dani Sebalyos, Andrey Lunin, Eduardo Kamavinqa və Brahim Diaz olduğu iddia edilir.
Qeyd edək ki, “Real Madrid”in yeni futbolçular transfer edəcəyi barədə xəbərlər dərc edilmişdi.