İsmayıllıda evdən 91 yaşlı kişinin meyiti tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Kənd sakini 91 yaşlı Yunis Əli oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.