Dünya şöhrətli müğənni Tarkan sosial media hesabında maraqlı paylaşım edib. Türkiyəli ulduz bu dəfə heyvanların yaşamaq hüququnun qorunmasının vacibliyini vurğulayaraq, ovun qadağan olunmasını xahiş edib.
Metbuat.az xəbər verir ki, Tarkan paylaşımında heyvanların da insanlar qədər yaşamaq haqqına sahib olduğunu bildirib və bu sözləri yazıb: “Mən bunu həmişə demişəm, bundan sonra da deyəcəyəm. Ov qadağan edilməlidir. Heyvanların yaşamaq hüququ qorunmalıdır. Hər canlının yaşamağa haqqı var. Biz özümüzü üstün sayıb başqa canlının canını ala bilmərik. Bu, mənəvi cəhətdən də doğru deyil. Ürəyimiz istədiyi vaxt onları öldürmək və ya yox etmək bir seçim ola bilməz”.