Neftçala rayon sakini yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, rayonun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zeyqəm Kamil oğlu İbrahimovun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili avtobusla toqquşub.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Zeyqəm İbrahimov hərbi qulluqçu olub və Vətən müharibəsində iştirak edib.