Metbuat.az xəbər verir ki, Monqolustanın 1,56 milyon kvadrat kilometr ərazisi və cəmi 3,5 milyon əhalisi var. Məlumata görə, ölkənin 99%-də davamlı məskunlaşma yoxdur. Əhalinin əksəriyyəti paytaxt Ulan-Bator və ətrafında cəmləşsə də, ölkə üzrə əhali sıxlığı kvadrat kilometrə cəmi iki nəfərdir. Monqolustan coğrafiyasının əksər hissəsi çöl düzənliklərindən ibarətdir. Dağlıq ərazilər ölkənin şimalında və qərbində, Qobi səhrası isə cənubda yerləşir. Sərt iqlim ölkədə daimi məskunlaşmanı çətinləşdirir.