Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılmasının mümkün mexanizmlərini açıqlayıb.Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, erməni nazir iki mümkün variantın olduğunu deyib. “Bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşməlidir. Bundan sonra iki proses gedə bilər: ya müharibə, ya da ərazi tənzimlənməsi, yaxud delimitasiya prosesində məsələnin müzakirə edilməsi”, - Sanosyan bildirib.Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi Ermənstan işğalında qalıb.