ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsi ilə bağlı yeni açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, Avropa liderləri ilə geniş müzakirələr apardığını və diplomatik prosesin məhsuldar davam etdiyini bildirib. Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı həyata keçirdiyini, Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Hollandiya liderləri ilə məhsuldar əlaqələr saxladığını qeyd edib. Tramp Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, Qərb müharibənin sülh müqaviləsindən sonra yenidən başlamasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir.
Qeyd edək ki, Donald Tramp Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edildiyini açıqlamışdı.