Metbuat.az xəbər verir ki, cəmi 3,2 metr uzunluğunda olan bu körpüdən keçmək həm ölkəni, həm də saat qurşağını dəyişir. Abrilongo çayı üzərində yerləşən körpü, İspaniyanın cənubundakı La Codosera kəndini Portuqaliyadakı El Marco yaşayış məntəqəsi ilə birləşdirir. İspaniya Mərkəzi Avropa Vaxtından, Portuqaliya isə Qərbi Avropa Vaxtından istifadə etdiyi üçün iki ölkə arasında 1 saat fərq var.