Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 min 736 ədəd minik avtomobili istehsal olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 min 489 ədəd və ya 28,5 % azdır. Nəticədə bu il dekabrın 1-nə 166 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 11 ayında Azərbaycanda 553,3 milyon manatlıq maşın, avadanlıq, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 8,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 % azalıb.
Hesabat dövründə Azərbaycanda 442 ədəd traktor istehsal edilib. Bu, bir il öncəki göstərici ilə müqayisədə 17,4 % azdır. Bu il dekabrın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, yanvar-noyabrda ölkədə 273ədəd yük avtomobili istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 52,6 % azdır. Bu il noyabrın 1-nə 20 ədəd hazır məhsul ehtiyatı yaranıb.