Metbuat.az xəbər verir ki, əslən azərbaycanlı olan Günay bir neçə il əvvəl "Yaprak dökümü" serialında Oğuz rolunu canlandıran aktyor Tolqa Karellə nikaha girib. Bu nikahdan Cahangir adlı oğlanları doğulub. Bir neçə il əvvəl cütlük ayrılıb və Tolqa ABŞ-a köçüb. Ötən gün bir televiziya proqramına qatılan Günay keçmiş ərinin övladı ilə maraqlanmadığını və aliment odəmədiyini deyib: "Çox Allahsız adamdır. Oğlunun necə böyüdüyü ilə bir dəfə də maraqlanmır. Yazırıq, oxuyur, amma cavab vermir".
Günay Musayeva oğlu Cahangirin səhhətində problem yarandığını vurğulayıb. Deyib ki, övladını müalicə etdirmək üçün İngiltərədə həkim tapıb, amma keçmiş həyat yoldaşının biganəliyi üzündən uşağı Türkiyədən çıxara bilmir: "Cahangirin 18 yaşı tamam olmadığına görə ölkədən çıxması üçün atası icazə verməlidir. Bunun çox sadə yolu var, Tolqa konsulluğa gedib bir sənədə imza atmalıdır. Lakin nə qədər yalvarsaq da, icazə vermir. Çünki uşağının taleyi onu zərrə qədər də narahat etmir".
Günay Musayevanın bu açıqlaması sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Minlərlə insan bu davranışına görə Tolqa Karelı sərt tənqid edib.