Ağdam rayonunda da velosiped sürən azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Modern.az xəbər verir ki, Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyin Rüfət oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb.
Nəticədə H.Baxçəliyevin başı daşa dəyərək hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb