Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Axundov 2025-ci il dekabrın 14-də 84 yaşında vəfat edib. Modern.az-ın məlumatına görə, mərhum Vahid Axundov 4 iqtidarın prezidenti ilə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşüb. Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.
Vahid Axundov 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilmişdi. O, 4 prezidentlə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevlə işlədi.
Ə.Qafarlı