Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan da özünü “revanşist” elan edib. Modern.az xəbər verir ki, Vardazaryan bunu Ermənistan KİV-nə açıqlamasında deyib. Vardazaryan arxiyepiskop Baqrat Qalstanyan, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan və siyasi texnoloq Vigen Akopyandan sonra özünü “revanşist” elan edən 4-cü şəxsdir. O, Azərbaycanla sonuncu müharibənin nəticələrilə barışmadığını, məğlubiyyəti qəbul etmədiyini vurğulayıb. Vardazaryan qondarma “Artsax” Ermənistanın ayrılmaz hissəsi olmasını istədiyi barədə sərsəm açıqlama verib. “Bunu nəzərə alaraq özümü revanşist elan edirəm, - Vardazaryan müharibə tərəfdarı olduğunu bildirib.