Rusiyada Prezident seçkilərində namizədliyini irəli sürmüş Yekaterina Duntsova onun təşəbbüs qrupunun qeydiyyat protokolunu təsdiq edən notariusa təzyiq göstərdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları plandankənar yoxlama üçün notariusa gəliblər. Beləliklə, Duntsova hesab edir ki, hakimiyyət onun dekabrın 20-də MSK-ya təqdim etdiyi təşəbbüs qrupunun qeydiyyatı üçün sənədləri diskreditasiya etməyə çalışır.
“Nədənsə Putinin təşəbbüs qrupunun iclasının protokolunu təsdiq edən notariusu yoxlamağa gəlmədilər” - o qeyd edib.
Qeyd edək ki, 700 nəfərdən artıq təşəbbüs qrupu dekabrın 17-də Rusiya Federasiyasında keçiriləcək Prezident seçkilərində jurnalist Yekaterina Duntsovanın namizəd kimi irəli sürülməsini dəstəkləyib.