“Qalatasaray” və “Fənərbaxça” ilə adı hallanan “Tottenhem”in futbolçusu Bissouma mövsümün sonunda klubundan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, “Qalatasaray”ın transferdə daha üstün olduğu bildirilir. “The Sun” qəzetinin məlumatına görə, “Qalatasaray” transferi reallaşdırmaq üçün səylərini davam etdirir. Bildirilir ki, “Qalatasaray” mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Bissoumanı pulsuz transfer etmək istəyir. Türkiyə nəhənginin futbolçuya 3 illik müqavilə təklif etdiyi iddia edilir. Bu mövsüm zədə səbəbindən “Tottenhem”in heyətindən kənarda qalan Bissouma heyətə qayıtmaq üçün formasını bərpa etməyə çalışır.
Məlumata görə, Bissoumanın hazırkı transfer dəyəri 20 milyon avrodur.