Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan noyabrın 9-da Parisdə işgüzar səfərdə olacaq. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfərin məqsədi YUNESCO Baş Konfransının 42-ci sessiyasında iştirak etməkdir. Mirzoyanın orada Azərbaycan əleyhinə danışacağı gözlənilir.