"Qalatasaray"ın futbolçusu Viktor Osimhenin zədəsi sağalmaq üzrədir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu barədə açıqlama verib. O bildirib ki, Osimhen komanda ilə məşqlərdə iştirak edir. Okan Buruk futbolçunun ağrılarının olduğunu ifadə edib. Məşqçinin sözlərinə görə, ağrılar səngiyəndən sonra Osimhen Türkiyə çempionatının növbəti oyunlarında iştirak edə bilər.
Məlumata görə, "Qalatasaray" Osimhenin “Liverpul”a qarşı Çempionlar Liqası oyununda meydanda olması üçün səy göstərir.