Məktəblərin fəaliyyətə başlamasından cəmi bir həftə keçməsinə baxmayaraq, artıq “fond pulu” və oxşar məsələlər gündəmə gəlib. Bir çox məktəbdə valideynlərdən fond pulu yığılır və bu vəsaitin şagirdlərin sinif otaqlarının və digər ehtiyaclarının təmin olunmasına xərcləndiyi bildirilir.
Təhsil eksperti Məzahir Məmmədli də Metbuat.az-a açıqlamasında bu məsələnin ciddi müzakirə olunduğunu təsdiqləyib. O bildirib ki, bu gün Azərbaycan məktəblərində rəsmi təsisat kimi “valideyn komitəsi” deyilən bir qurum mövcud deyil. Amma yayılan bütün məlumatlar məhz həmin komitələrin adından paylaşılır və məktəb direktorları, müəllimlər yalnız onları təkzib etməklə məşğul olurlar: