Xəbər verdiyimiz kimi, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi çərçivəsində Avropa ilə Asiya arasında yüksək sürətli, təhlükəsiz və dayanıqlı sualtı rabitə xətti çəkilir.
Layihənin istifadəyə verilməsi ilə Azərbaycan və qonşu ölkələrdə internet sürəti, keyfiyyəti və dayanıqlılığı xeyli yaxşılaşacaq.
"Bu, məlumatların ötürülməsində gecikmələri azaldacaq, xidmətlərin sabitliyini və keyfiyyətini artıracaq. Həmçinin, layihə rəqəmsal infrastrukturun dayanıqlığını gücləndirərək texniki nasazlıqlara qarşı davamlılığı təmin edəcək. Bu, Azərbaycanda data mərkəzləri, bulud xidmətləri, süni intellekt və böyük verilənlər texnologiyalarının inkişafı üçün zəmin yaradacaq. Transxəzər Fiber-Optik Kabel Xətti ölkənin regional rəqəmsal mərkəzə çevrilməsində və İKT sektorunun ixrac potensialının artmasında vacib rol oynayacaq".
