Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.