Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf-a onların yaxınları məlumat verib.
Bildirilib ki, OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.
Nəticədə Z.Səfərov və H.Səfərov qardaşları döyülərək öldürülüb.
Qeyd edək ki, öldürülən azərbaycanlılar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.