"Ştutqart" klubunun futbolçusu Nik Voltemad karyerasını İspaniyada davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, "Real" hücumçu ilə maraqlanır. "Fichajes"də dərc edilən xəbərə görə, almaniyalı hücumçu komandanın sabiq üzvü Xoselunu xatırladan oyun tərzi ilə Madrid təmsilçisinin rəsmilərinin diqqətini çəkib.
Qeyd edək ki, Nik Voltemad 2024-cü ildən Bundesliqa klubunda çıxış edir.