“WhatsApp”ın yeni android beta versiyasına əlavə olunacaq reklamlarla bağlı yeni məlumatlar ortaya çıxarıb.
Metbuat.az xəbər verir ki, “WhatsApp” reklamların nümayiş olunması ilə bağlı mexanizmləri istifadəçilərin nəzarəti altında qalmasını təmin edəcək. Bildirilir ki, “WhatsApp” reaklamlarla bağlı nəzarət mexanizmi tətbiq edəcək. İstifadəçilər hətta yaradılan siyahılarda müşahidə edəcəkləri reklamları filtrdən keçirə biləcəklər. Məsələn, istifadəçi reklamçıya məxsus məzmunu müşahidə etmək istəmədiyini seçə biləcək.
Hələlik Meta “WhatsApp”da reklamların hansı üsulla fəaliyyət göstərəcəyi barədə açıqlama verməyib.