İsrailin hücumları nəticəsində öldürüldüyü iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani Tehranda keçirilən nümayişlərdə iştirak edib.
Metbuat.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat dərc edib. Bildirilir ki, Qaani İsrailin hücumlarından sonra ilk dəfə paytaxt Tehranda görünüb. Xəbərdə Qaaninin İsraillə atəşkəsdən sonra Tehranın İnqilab meydanında keçirilən qələbə şənliklərinə qatıldığını əks etdirən görüntülər paylaşılıb. Görüntülərdə mühafizəçiləri ilə meydana çıxan Qaaninin ərazidə vətəndaşlarla söhbət etdiyi müşahidə edilib.
Qeyd edək ki, “The New York Times” qəzeti adı açıqlanmayan İran mənbələrinə əsaslanaraq, İsmayıl Qaaninin İsrailin İrana hücumlarında öldürüldüyünü iddia etmişdi.