İsrailin Fələstindən başlayaraq Livan, Suriya, Yəmənə və son olaraq İrana qədər davam edən təcavüzləri qəbuledilməzdir.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Türkiyə İran -İsrail müharibəsinin yekunlaşması üçün danışıqlara əsaslanan təşəbbüslər həyata keçirib. Ərdoğan gərginləşmənin səngiməsi üçün bir sıra liderlərlə danışıqlar apardığını ifadə edib. Ərdoğan Türkiyənin bölgədə atəşkəsi təmin edəcək və sonra daimi sülhə zəmin yaradacaq hər cür səyi yüksək qiymətləndirdiyini və dəstəklədiyini bildirib.
O tərəfləri atəşkəsə tam əməl etməyə çağırıb.