İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədə İsraillə əməkdaşlıq edən ünsürləri təslim olmağa çağırıb.
Metbuat.az xəbər verir ki, təslim olmayacaqları təqdirdə bu şəxslərə qarşı ən ağır cəzaların tətbiq ediləcəyi açıqlanıb. Açıqlamada deyilir ki, İsrail tərəfindən aldadılan, bilərəkdən və ya bilməyərəkdən sionist rejimlə hər hansı əlaqə quran şəxslər özləri səlahiyyətli orqanlara hesabat versələr, İslam əfvinə əsasən cəzadan azad ediləcəklər. Bəyanatda deyilir ki, təslim olmayanlar müharibə şəraitində düşmənlə əməkdaşlıq edən “beşinci kolon” kimi qiymətləndiriləcək və bu şəxslər casusluq və ya hərbi əməkdaşlıq ittihamı ilə ən ağır cəzalara məruz qalacaq.
Xüsusilə pilotsuz uçuş aparatları, rabitə vasitələri, silahlar və ya hər hansı digər hərbi texnika ilə tutulanlara qarşı dərhal tədbir görüləcəyi vurğulanıb.