“Real Madrid”in futbolçusu Dani Seballos klubu tərk etmək istəyir.
Metbuat.az xəbər verir ki, futbolçu məşqçi Xabi Alonsonun rəhbərliyi altında heyətə düşə bilməyəcəyini hesab edir. Bildirilir ki, "Real Madrid"in təcrübəli yarımmüdafiəçisi Alonsonun rəhbərliyi altında keçirdiyi ilk matçında ehtiyatda qalıb. Klublararası dünya çempionatında “Əl-Hilal”la oyunda isinməsinə baxmayaraq oyuna daxil edilməyən Seballos, komandada formada olan, lakin oyun vaxtı əldə etməyən tək oyunçu olub.
Oyunda Arda Gülerə üstünlük verilib, Dani Seballos isə ehtiyatda qalıb.