"Mançester Siti" İlkay Gündoğanın klubdan getməsinə razılıq verib.
Metbuat.az xəbər verir ki, o klubda qalsa əsas heyətə düşməkdə çətinlik çəkə bilər. “The Guardian” xəbər verir ki, "Qalatasaray" futbolçunu transfer etmək istəyir. Xəbərdə deyilir ki, "Mançester Siti" Tijjani Reijnders və Rayan Cherki ilə müqavilə imzalayıb. Həmçinin klub Niko Qonzalesi transfer edib. Rodri zədəsini həll edərək heyətə qayıdıb. Həmçinin klubda Mateo Kovaçiç və Axilles kimi futbolçular var. Bu səbəbdən İlkay Gündoğan əsas heyətə düşməkdə çətinlik çəkə bilər.
Valideynləri Türkiyədə anadan olan türk əsilli İlkay Gündoğanın "Qalatasaray"da oynamaq istədiyi irəli sürülür.