Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev İran-İsrail müharibəsi ilə bağlı açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, İranın nüvə proqramını davam etdirəcəyini ifadə edib. Medvedevin sözlərinə görə, Tehran özünün dövlət kimi mövcud olmaq şansının nüvə proqramı olduğunu hesab edir. O bəyan edib ki, İran bu proqramı nəyin bahasına olursa olsun davam etdirəcək. Medvedev həmçinin İsrailin gizli nüvə proqramı olduğunu vurğulayaraq, Təl-Əvivi bu proqramdan əl çəkməyə çağırıb. İsrailin nüvə silahına malik olması İranın isə bu silahlara malik olmamasının qəbuledilməz variant olduğunu deyən Medvedev bildirib ki, İsrail bütün nüvə proqramını məhv etsə belə, İranın ya əlindəki nüvə silahından istifadə edəcək, ya da yeni liderin rəhbərliyi ilə proqramı yenidən başladacaq.
Medvedev bəyanatını bu cümlələrlə yekunlaşdırıb: "Netanyahu gedəcək, amma İran qalacaq. Proqram yeni Ayətullahın rəhbərliyi ilə davam edəcək".