Rusiya İran və onun qanuni maraqları barədə mövqeyini dəyişməyıb.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiya İranın qanuni maraqları, xüsusilə də dinc nüvə enerjisi maraqları uğrunda mübarizəsini dəstəkləyir. O, Rusiyanın İranda beynəlxalq normalar çərçivəsində hərəkət etdiyini və Buşehr Atom Elektrik Stansiyasındakı rus personalının təhlükəsizliyini tələb etdiyini bəyan edib.
Putin, “Biz personalımızın təhlükəsizliyini tələb edirik. Qeyd etmək istərdim ki, İsrailin baş naziri Netanyahu bunu qəbul edib və ABŞ Prezidenti Tramp bizim qanuni tələblərimizi dəstəkləyəcəyinə söz verib. Həm İran, həm də Rusiya Federasiyası üçün təhdidlər, prinsipcə, ölkələrin qanuni maraqlarının müdafiəsi ideyasına qarşı çıxan eyni qüvvələrdir” - deyə bildirib.