Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb.
Metbuat.az xəbər verir ki, bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski sənətçiyə sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Qərarə əsasən sənətçinin aktivləri bloklanıb. Onun kapitalının Ukraynadan çıxarılması qadağan edilib. Bundan əlavə dövlətin verdiyi mükafatlar da Ani Lorakın əlindən alınıb. O həmçinin "Xalq artisti" fəxri adından məhrum edilib.