Türkiyənin idman şərhçisi Ertem Şener "Qalatasaray"ın transfer planları ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, Viktor Osimhenin “Qalatasaray”da qalmayacağını ifadə edib. Ertem Şener adı "Qalatasaray"la hallanan Hakan Çalhanoğlunun transfer ediləcəyi təqdirdə Torreira və Lemina ilə oynaya biləcəyini ifadə edib. O, İlkay Gündoğanın transferinin də mümkün olduğunu bildirib. Qeyd edək ki, Viktor Osimhenin “Əl-Hilal”la yenidən danışıqlar apardığı barədə xəbərlər dərc edilib. İddialara görə, “Əl-Hilal” futbolçuya 50 milyon avro təklif edib.
Bundan əvvəl Osimhenin “Əl-Hilal”ın 45 milyon avroluq məvacib təklifini rədd etdiyi irəli sürülmüşdü.