İngiltərənin "Tottenhem" futbol klubu yeni baş məşqçisini açıqlayıb.
Metbuat.az xəbər verir ki, "Tottenhem" klubu baş məşqçi Ange Postecoglou ilə yolları ayırdıqdan sonra onun yerinə Thomas Franki gətirib. Klubdan verilən məlumata görə, danimarkalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Thomas Frank 2018/2019 mövsümündən bəri "Brentford" klubunu çalışdırırdı. O, cari mövsümdə komandasını 43 oyuna çıxararaq 19 qələbə, 8 heç-heçə və 16 məğlubiyyətlə yadda qalıb.