Belçikalı futbolçu Kevin De Bruyne İtaliyanın "Napoli" komandası ilə anlaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yarımmüdafiəçinin İngiltərənin "Mançester Siti" klubu ilə sözləşməsinin müddəti başa çatıb. Onun adı "Fənərbaxça" ilə də hallanmışdı.