OpenAI, süni intellekt ChatGPT chatbotunun istifadəyə verilməsindən sonra illik gəlirini 10 milyard dollara çatdırıb.
Metbuat.az xəbər verir ki, məbləğ ChatGPT-nin istifadəçi versiyasına, korporativ məhsullara ödənişli abunələrin satışı və üçüncü tərəf xidmətlərinə OpenAI texnologiyalarından istifadə etməyə imkan verən tətbiq proqramlaşdırma interfeysi olan API-yə giriş hesabına formalaşır.