Kolumbiyada 6,8 maqnitudada zəlzələ baş verib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 17:08-də qeydə alınıb. Zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdəki intensivliyə görə “dağıdıcı” kimi qiymətləndirilir.