Azərbaycanın qadınlardan ibarət futbol yığmasının üzvü Nigar Mirzəliyeva Sankt-Peterburqun “Zenit” klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.
Metbuat.az xəbər verir ki, Yekaterinburqda keçirilən həlledici görüşdə "Zenit" Moskva "Lokomotiv"ini 3:0 hesabı ilə məğlub edib.
Mirzəliyeva matçı əvəzetməsiz keçirib.