ABŞ prezidenti Donald Trampla açıq mübahisədən sonra Rusiya rəsmiləri İlon Maska siyasi sığınacaq təklif ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov TASS-a açıqlama verib.
Novikov bildirib ki, Maska siyasi sığınacaq lazım olmayacaq: “Düşünürəm ki, Mask tamamilə başqa oyun oynayır və heç bir siyasi sığınacağa ehtiyac duymayacaq. Amma ehtiyac olsa, Rusiya əlbəttə ki, ona belə bir imkan verə bilər.”