Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı rolunda dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, o, Latviyaya qarşı keçiriləcək yoldaşlıq görüşündən öncə keçirilən mətbuat konfransında həmin rola Emin Mahmudovu bərpa edəcəyini deyib:
"Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".
Xatırladaq ki, mövsümün əvvəlində portuqaliyalı mütəxəssis Emin Mahmudovdan kapitanlıq sarğısını almışdı. Bu müddət ərzində Santuş sözügedən rola Bədavi Hüseynov və Abbas Hüseynovu təyin etmişdi.