"Demək olar ki, bütün NATO ölkələri müdafiə büdcələrini ÜDM-in 5%-ə çatdırmağa razıdırlar".
Metbuat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "Fox News" telekanalına müsahibəsində bildirib.
"Dünən NATO-nun müdafiə nazirlərinin görüşündə idim və burada müttəfiqlərimizi Ümum Daxili Məhsulun 5 faizinə qədər müdafiə xərclərimizi artırmağa çağırdım. Demək üçün bütün ölkələr bununla razılaşdı", - deyə o qeyd edib.