Türkiyənin Diyarbəkir vilayətində 13 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Metbuat.az xəbər verir ki, yanğın zamanı ikisi uşaq olmaqla 3 nəfər həyatını itirib, 14 nəfər yaralanıb. Məlumata görə, yanğın binanın üst mərtəbəsində baş verib. Çox sayda yanğınsöndürən yanğına müdaxilə edib, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Binada qalan vətəndaşlar təxliyə edilib. Yaralılar arasında yanğınsöndürənlər də var. Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb və onlara tibbi yardım göstərilib.