Özbəkistan yığması tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Metbuat.az xəbər verir ki, özbəkistanlı futbolçular səfərdə BƏƏ komandasına qarşı 2026-cı il dünya çempionatının Asiya zonasının üçüncü raundunun qrup mərhələsinin doqquzuncu turunda 0:0 hesabı ilə heç-heçə ediblər.
Özbəkistan yığması 18 xal toplayaraq A qrupunda ikinci yerdə gedir. Üçüncü yerdəki BƏƏ komandası (14 xal) Özbəkistan yığmasını keçmək şansını itirib.