Türkiyəli aktrisa Pelin Öztekin son illərdə 93 kilo arıqlayaraq fərqli bir görünüşə sahib olub. Bir zamanlar 156 kilo çəkidə olan Öztekin qonaq olduğu verilişdə açıqlamarı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, aktrisa kilolu olduğu dövrdə özünə daha çox güvəndiyini bildirib:
“Çünki o halımın itirəcək heç nəyi yox idi. Hər şeyi qəbul etmişdim. İndi isə hər şeyin fərqindəyəm. Gözəlləşdiyimi, insanların baxışlarının dəyişdiyini bilirəm”, – deyib.
Dəfələrlə çəkisi ilə bağlı tənqidlərə məruz qalan aktrisa mədə kiçiltmə əməliyyatından sonra 93 kilo arıqlayıb.
Qeyd edək ki, Pelin Öztekin mərhum aktyor Rasim Öztekinin qızıdır.