ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına tətbiq edilən 25 faizlik gömrük rüsumunun 50 faizə qaldırılması ilə bağlı fərman imzalayıb.
Metbuat.az xəbər verir ki, fərmanda ABŞ-nin polad və alüminium idxalının ölkənin milli təhlükəsizliyini təhdid edəcək miqdarda olduğu bildirilib. Fərmanda polad və alüminiumun rüsumunun bundan əvvəl 25 faiz olduğu xatırladılıb və bunun sektorun tələbini təmin etmədiyi iddia edilib. Fərmanda bu səbəbdən polad və alüminium məmulatları üçün gömrük rüsumunun 25 faizdən 50 faizə qaldırıldığı bildirilib.
Fərmanda Böyük Britaniya ilə imzalanan ticarət müqaviləsi xatırladılıb və qeyd edilib ki, yeni qayda hələlik bu ölkəyə aid olmayacaq.