Metbuat.az xəbər verir ki, o bildirib ki, liderlər arasında telefon danışığı 1 saat 10 dəqiqə davam edib. Putin Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqların faydalı olduğunu vurğulayıb. Bildirilir ki, liderlər Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişin mətnlərini müzakirə etməyiblər. Həmçinin telefon danışığı zamanı Putinlə Zelenski arasında görüş məsələsi gündəmə gətirilməyib. Tramp Putinə deyib ki, Ukrayna ABŞ-yə Rusiyanın hava bazalarına hücum edəcəyi barədə əvvəlcədən xəbər etməyib. Tramp bildirib ki, Rusiya İranla nüvə sazişi üzərində işləsə, minnətdar olacaq.