MLS təmsilçisi "İnter Mayami"də çıxış edən Lionel Messi Səudiyyə Ərəbistanı klubuna keçə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının İnvestisiya Fondu 37 yaşlı argentinalı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Hələ ki, "İnter Mayami" ilə müqaviləsini yeniləməyən Messi üçün çox yüksək məbləğdə təklif hazırlanır. Transferin reallaşması halında bu, dünya futbolunda növbəti səs-küylü keçidlərdən biri ola bilər.
Qeyd edək ki, Messi bu mövsüm "İnter Mayami"nin heyətində 20 oyuna çıxaraq 15 qol vurub, 6 məhsuldar ötürmə edib.